Paytaxt klubu baş məşqçinin istefasını rəsmən açıqladı

29 Dekabr 2020 15:40 Fransa 489
Paytaxt klubu baş məşqçinin istefasını rəsmən açıqladı

PSJ baş məşqçisi Tomas Tuhellə yolları ayırdığını elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Fransa mətbuatı alman mütəxəssislə 2021-ci ilin iyun ayına qədər hesablanan müqavilənin erkən ləğvi üçün ona 6 milyon avro təzminat ödəniləcəyini yazıb.

Paris təmsilçisinin yeni baş məşqçisinin Maurisio Poçettino olacağı gözlənilir. Hətta onun artıq yeni klubu ilə müqavilə imzaladığı da yazılıb.

Tuhel 2018-ci ilin iyulundan PSJ-ni çalışdırırdı.

Digər Xəbərlər
Xəbər Lenti