Emin Mahmudov və Ramil Şeydayev “Neftçi”də bir araya gəldi - FOTOREPORTAJ

14 Sentyabr 2024 11:00 Dünya futbolu 1 536
Emin Mahmudov və Ramil Şeydayev “Neftçi”də bir araya gəldi - FOTOREPORTAJ

"Neftçi" Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.

Sportinfo.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.

Sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi