İspaniya, Portuqaliya, Ukrayna və Mərakeş 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcəklər.
Sportinfo.az xəbər verir ki, bu haqda L'Equipe məlumat yayıb.
Bu dörd ölkənin birgə müraciəti qalib gəlsə, tarixdə ilk dəfə olaraq Avropa və Afrikada eyni vaxtda turnir keçiriləcək. Argentina, Uruqvay, Çili və Paraqvay da artıq birgə ərizə verib.
2030-cu il dünya çempionatının keçiriləcəyi yer 2024-cü ilin sentyabrında müəyyənləşəcək.