COP29

DÇ-2022-nin simvolik “11-liy”i

24 Dekabr 2022 03:40 Dünya çempionatı 505
DÇ-2022-nin simvolik “11-liy”i

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatının simvolik “11-liy”ini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, rəmzi komandada turnirin 4 yığmasının futbolçuları yer alıb.

Finalçılar Argentina və Fransa, həmçinin, yarımfinala qədər irəliləyən Mərakeş millisi 3, bürünc mükafata layiq görülən Xorvatiya seçməsi isə 2 oyunçu ilə təmsil olunub.

Qapıçı: Emiliano Martines (Argentina);

Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Ernandes (Fransa);

Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa);

Hücumçular: Lionel Messi, Julian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).

Finalda Fransa üzərində (3:3, penaltilərlə 4:2) qələbə qazanan Argentina millisi dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!