AVRO-2020: UEFA-nın bron etdiyi otel boşaldıldı

17 Mart 2020 15:32 AÇ-2020 710
AVRO-2020: UEFA-nın bron etdiyi otel boşaldıldı

UEFA AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan Danimarkanın paytaxtı Kopenhagendəki bütün otel rezervasiyalarını ləğv etdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Danimarka paytaxtında fəaliyyət göstərən CPH otellər şəbəkəsinin rəsmisi Kevin Helsinqhof yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, qitə futbol qurumu tərəfindən Avropa çempionatı üçün bron edilmiş otaqlar ötən həftə boşaldılıb: "Onlar otelin 80 faizini bron etmişdilər.

Otaqlar əvvəlcədən təyin olunmuş müddətin sonuncu günü boşaldıldığından, qurum bizə heç bir təzminat ödəməyəcək".

UEFA-nın addımı bu yay Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan Avropa çempionatının təxirə salınacağı kimi dəyərləndirilir.

AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 matçı Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti