200 min manatlıq narahatlıq – İclas və şikayət

13 Oktyabr 2021 14:00 Şamaxı 1 108
200 min manatlıq narahatlıq – İclas və şikayət

Futbolçuların istəyi ilə «Keşlə»də toplantı keçirilib.

Burada komandanın ümumi durumu müzakirə edilib.

Kollektiv üzvləri maliyyə vəziyyətinin qeyri-sabit olmasından şikayətlənib. Onlar ölkə kubokuna görə almalı olduqları mükafatın hələ də ödənilməməsindən narazılığını dilə gətirib.

Finalda «Sumqayıt»a 2:1 hesabıyla qalib gələn sabiq «bankirlər» 200 min manatın aqibətindən narahatlıqlarını ifadə eləyib.

Baş məşqçi Sənan Qurbanov məsuliyyəti üzərinə götürməkdən boyun qaçırıb və rəhbərliklə bu haqda danışmaqdan imtina edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO