Azərbaycan klubu bu ölkənin yığmasının hücumçusuna "GET" dedi

4 Yanvar 12:20 Qəbələ 2 885
Azərbaycan klubu bu ölkənin yığmasının hücumçusuna "GET" dedi

“Qəbələ” ötən ilin yayında rənglərinə bağladığı Osama Xalayla ilə yolun sonuna gəlib.

Premyer Liqada sonuncu yerdə qərarlaşan əyalət təmsilçisi israilli hücumçu ilə vidalaşmaq qərarına gəlib.

Elmar Baxşıyev mövsümün geridə qalan hissəsində vur-tut 2 qol vuran legionerin xidmətində maraqlı deyil.

Baş məşqçinin mesajını forvarda çatdıran rəhbərlik ona «gəl, müqaviləni pozaq» təklifi edib. Həmçinin Xalaylaya özünə başqa komanda tapması tapşırılıb.

«Qırmızı-qaralar» mövsümlərarası fasilədə israilli ilə 1+1 illik müqavilə imzalayıb. O, peşəkar karyerasına “Bney Saxnin”də başlayıb.

26 yaşlı hücumçu 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra Təl-Əviv “Makkabi”sinə keçib. 2022-ci ildə Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" ilə oyunlarında Təl-Əviv təmsilçisinin heyətində olub.

Daha sonra Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama 2021-ci ildə əsas millidə debüt edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"