Çöküşdə olan klub - Yağışdan çıxıb, yağmura düşdülər

9 Aprel 14:40 Qəbələ 977
Çöküşdə olan klub - Yağışdan çıxıb, yağmura düşdülər

Hələ bir neçə həftə öncə bəlli idi ki, Premyer Liqanı tərk edəcək iştirakçı «Qəbələ» olacaq.

Dününə kimi bəlkə də bu həqiqəti Fariz Nəcəfov qəbul eləmirdi, düşünürəm ki, daha klub prezidenti də reallıqla barışıb.

Görürsüz, bu aralar heç yerdə görünmür. Mətbuat önünə çıxmır, müsahibə/açıqlama vermir.

Öz kabinetinə çəkilib və güman ki, gedişatı məyus halda izləməkdədir.

«Kəpəz» doqquzuncu yerdədir və «Qəbələ»dən 14 xal irəlidədir. Aradakı xal fərqi böyükdür, «Qəbələ» üçün əlçatmazdır.

Kaxaber Sxadadzenin «Zirə» önündə darmadağına məruz qaldıqları matçdan sonra dedikləri də acı etirafdır.

Gürcü baş məşqçi acizanə surətdə bildirdi ki, hazırkı «Qəbələ» məsuliyyətsiz futbolçuların çoxluq təşkil etdiyi komandadır və axırıncı yerdə olmağa layiqdir.

Kaxa imicini təhlükəyə ataraq bura gəldiyini də söylədi. Bu fikirlə isə mən heç cür razılaşmıram.

Sxadadze, görəsən, hansı müsbət reputasiyadan danışır - getdiyi bütün klublardan tez də qovulmasından?

Ən uzun müddət duruş gətirdiyi yer «İnter» olub, 5 il burada çalışıb, cəmi 1 dəfə çempionluq sevinci yaşayıb, o da «Bakı»nın sayəsində.

Başqa harada uğur qazanıb, adından söz etdirməyi bacarıb ki? Belə gur-gur bəyanatlar verməklə deyil ki!

Kaxa gələndən «Qəbələ»nin nəticələri daha da pisləşib, yağışdan çıxıb, yağmura düşüblər.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU