“Qəbələ”dən növbəti BİABIRÇI SƏHNƏ - FOTOREPORTAJ

13 Avqust 2023 02:20 Qəbələ 747
“Qəbələ”dən növbəti BİABIRÇI SƏHNƏ - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyunu “Dalğa Arena”da keçirilib.

Bu mövsüm yenidən elitaya qayıdan “Araz-Naxçıvan” ölkə kubokunun son qalibi “Qəbələ”ni qəbul edib.

Hər iki komandanın ilk turda böyük hesabla məğlub olması bu görüşün prinsipiallığını daha da artırırdı. “Qırmızı-qaralar” favorit hesab edilsələr də, Naxçıvan təmsilçisi sürpriz nəticəyə imza atıb.

17-ci dəqiqədə belçikalı yarımmüdafiəçi İsmail Azzauri hesabı açıb. 83-cü dəqiqədə isə konqolu hücumçu Elvis Maşike fərqi iki topa çatdırmaqla Azərbaycan çempionatında ilk qoluna imza atıb.

Nəticədə 2:0 hesablı qələbə qazanan “Araz-Naxçıvan” hesabına ilk xalları yazdırıb. “Qəbələ” isə ardıcıl ikinci məğlubiyyətini alıb.

Digər Xəbərlər
Xəbər Lenti