Kəmaləddin Heydərovun holdinqi bağlandı, "Qəbələ" sponsorsuz qaldı - ŞOK OLAY!

31 Avqust 2023 14:00 Qəbələ 2 893
Kəmaləddin Heydərovun holdinqi bağlandı, "Qəbələ" sponsorsuz qaldı - ŞOK OLAY!

«Qəbələ» gözlənilməz xəbər alıb.

2004-cü ildən klubun təsisçisi və sponsoru olan “Gilan Holding”in adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC ləğv olunduğunu elan edib.

Şirkət bununla bağlı ötən gün elan verib.

“Gilan Holding”in adı bu ilin iyulunda dəyişdirilərək “Xəzri Solutions” adlandırılıb. Şirkətə Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.

Kəmaləddin Heydərovun holdinqi bağlandı, "Qəbələ" sponsorsuz qaldı

Ləğv qərarı, heç şübhəsiz, «Qəbələ»yə böyük zərbədir. Bu gedişlə klub özünə yeni sponsor axtarmalı olacaq.

Tapacaqlarmı? Heç də asan görünmür. Hər halda adı Kəmaləddin Heydərovun üstündədir.

Oğlu Tale Heydərov uzun illər prezident postunu tutub, daha sonra fəxri prezident olaraq bir qədər kölgəyə çəkilib.

Buna rəğmən, «Gilan» hər mövsümqabağı «qırmızı-qaralar»a büdcə ayırıb. Axır illər bu rəqəm 1 milyon manatı keçmirdi.

İndən belə bu pulu kim verəcək? Hələ ki, bu suala «Qəbələ»dən cavab yoxdur… Gözləməkdə davam edirik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti