"Qəbələ" qış yuxusundan ayıldı

5 Yanvar 09:25 Qəbələ 959
"Qəbələ" qış yuxusundan ayıldı

“Qəbələ” 2023/24 mövsümünün ikinci yarısının hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın XVIII turunun “Sabah”la oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” bir araya gəlib.

Komanda qış təlim-məşq toplanışının ilk gününü bir məşqlə yekunlaşdırıb.

Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib.

“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. Bölgə təmsilçisi yanvarın 10-da “Kəpəz”, 15-də “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matçların başlama vaxtları ilə bağlı əlavə məlumat veriləcək.

Mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"