"Qəbələ" “Dalğa Arena”ya sığındı - "Sumqayıt" üçün

20 Yanvar 2024 09:00 Qəbələ 1 855
"Qəbələ" “Dalğa Arena”ya sığındı - "Sumqayıt" üçün

“Qəbələ” Premyer Liqanın XIX turunun “Sumqayıt”la oyununun hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Dalğa Arena”nın köməkçi meydançasında hazırlıq keçib.

Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında baş tutan məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.

“Qəbələ” mövsümün ikinci yarısının ilk oyununa yanvarın 23-də çıxacaq. “Sumqayıt”la Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO