"Əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”

21 Yanvar 2024 18:10 Qəbələ 1 285
"Əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”

“Qəbələ”nin legioneri Ahmed Ayzaya bərpa prosesi keçir.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.

Müayinələrdən sonra onun sağ dizinin iç bağlarından xəsarət aldığı müəyyənləşib. Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Nigeriyalı oyunçu meydana qayıtmağa çalışdığını bildirib:

“Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm.

Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti