Yunanıstanın məşhur klubu "Qəbələ"nin növbəti rəqibi oldu

26 Oktyabr 2023 11:00 Qəbələ 1 531
Yunanıstanın məşhur klubu "Qəbələ"nin növbəti rəqibi oldu

"Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsindəki rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" bu raundda Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək.

Afina təmsilçisi İtaliyanın "Leççe" kollektivini iki oyunun (3:1, 3:1) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

"Qəbələ" I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” komandasını üstələyib. Evdə rəqibi ilə heç-heçə (1:1) edən U-19, səfərdə minimalhesablı qələbəyə sevinib - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM