Premyer Liqa klubu mövsümün sonunadək idman direktorunun öhdəsinə buraxılacaq?

9 Fevral 2024 14:40 Qəbələ 2 903
Premyer Liqa klubu mövsümün sonunadək idman direktorunun öhdəsinə buraxılacaq?

Murad Musayevin istefasından sonra yeni baş məşqçi axtarışına çıxan «Sabah» hələ arzusuna çatmayıb.

Müxtəlif ölkələrdən bir neçə namizəd var və onlarla görüşmələr davam edir.

Prosesin nə qədər çəkəcəyi bilinmir. Danışıqların bundan sonra tezləşməsi də mümkündür, ertələnməsi də.

Bu minvalla, «bayquşlar» İqor Ponomaryovun öhdəsində qalacaq. Hazırda ən real variant budur.

Masazır təmsilçisinin rəhbərliyi idman direktorunun mövsümün sonunadək komandanın sükanı arxasında dayanması ehtimalı üzərində də dayanır. Adamın özü də bunu istəyir.

Hətta deyərdik ki, Premyer Liqada çalışmaq, texniki zonada görünmək üçün ürəyi sinov gedir. Arzusunu gizlətmir də.

Ponomaryov klub mənsublarıyla söhbətlərində köhnə-yeni işindən məmnun olduğunu, şans qazanarsa, avrokuboklara vəsiqə üçün əlindən gələni edəcəyini bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA