Azərbaycan komandasının oyunlarının vaxtı və yeri - “Olimpiakos”la

30 Oktyabr 2023 11:00 Qəbələ 1 306
Azərbaycan komandasının oyunlarının vaxtı və yeri - “Olimpiakos”la

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. “Olimpiakos” Məşq Mərkəzində reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

“Qəbələ” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA