“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub.
İyulun 10-da qardaş ölkəyə yollanan “qırmızı-qaralar” vətənə qayıdıb.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Boluda üç yoxlama oyunu keçirib.
“Qəbələ” Moldovanın “Sukleya” (4:2), Rusiyanın “Orenburq” (1:1) və Şimali Makedoniyanın “Qostivar” (3:1) klubları ilə üz-üzə gəlib.
“Qırmızı-qaralar” hazırlıq prosesini iyulun 22-də bərpa edəcək. Komanda Qəbələdə bir araya gələrək yeni mövsümə hazırlaşacaq.
Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” ayın 27-də Kiprin “Omoniya” klubu ilə görüşəcək. II təsnifat mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.

