Klub prezidenti gedəcək, ya qalacaqsa… Bəs danışmayacaq?

17 Mart 15:15 Qəbələ 938
Klub prezidenti gedəcək, ya qalacaqsa… Bəs danışmayacaq?

Kaxaber Sxadadze ilə dördüncü oyununa çıxan «Qəbələ» ilk xalını qazandı.

Bilmirəm bu münasibətlə klub rəhbərliyini təbrik eləyim, yoxsa yeni baş məşqçini.

Bu çempionat gürcünün 8-9 il əvvəl qoyub getdiyi çempionat deyil, çox dəyişib, rənglər tündləşib.

Mən hələ onu da bilmirəm ki, Fariz Nəcəfov yayda prezident postunda qalacaq, yoxsa gedəcək. Güman edirəm ki, pencəyini çiyninə atıb hamıyla sağollaşacaq və başqa sahəyə üz tutacaq.

Amma hara gedir getsin, I Liqaya düşən «Qəbələ»nin prezidenti olaraq yaddaşlarda dərin bir iz buraxacaq.

Mən Kaxanı niyə qınayım, «Qəbələ»nin halvası ona kimi çalınıb. Bu komanda həftələr öncə Qəbələdə «Kəpəz»ə uduzanda aşağı liqanın qapıları ilə tanış olub.

Kaxa bu gün futbolçularından gileylənir, gah 2-3, gah 5 metrdən boş qapıya qol vura bitlməməklərinə deyinir.

Bunlar, sadəcə, sözdür, yanğıdır, dərin təəssüf hissinin cizgiləridir. Əli heç yerə çatmır, gücü verib danışmağa.

Mən istərdim bu dəm Fariz Nəcəfov danışsın. Qoy desin ki, niyə Nail Kərimova güvəndi, bütün transfer əməliyyatlarını tapşırdı, sonra da getməsinə razı oldu. Eşitmək maraqlı olardı ki,

Elmar Baxşıyevi nədən vaxtında istefaya göndərmədi. «Qəbələ»nin çökuşünü şərtləndirən bu qəbildən o qədər sual var ki!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"