Premyer Liqa klubunda təcili əməliyyat - Yarım il sonra qayıdacaq

29 May 2024 13:20 Qəbələ 1 414
Premyer Liqa klubunda təcili əməliyyat -  Yarım il sonra qayıdacaq

“Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın son turunun «Sumqayıt»la səfər matçında (0:1) ciddi zədə alan 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.

Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq. Onun təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM