Azərbaycanda komandanı uduzduran əcnəbinin pulunun yarısını kəsdilər

8 Mart 2024 13:00 Qəbələ 1 221
Azərbaycanda komandanı uduzduran əcnəbinin pulunun yarısını kəsdilər

«Qəbələ» rəhbərliyi Lukas Afrikonu cərimələyib.

Buna səbəb braziliyalı müdafiəçinin Premyer Liqanın ötən turunda keçirilən «Səbail» ilə qarşılaşmada aldığı qırmızı vərəqədir.

Komandanın 2:3 hesablı məğlubiyyətinə səbəbkar olan «sambaçı» əməkhaqqısının yarısı qədər «tərləyib». Bu isə təxminən 4000 dollar edir.

Cənubi amerikalı legioner sözügedən qarşılaqmanın 40-cı dəqiqəsində meydandan kənarlaşdırılıb.

O, rəqibi aşkar qol vəziyyətindən məhrum etdiyi üçün Rauf Cabbarov tərəfindən vaxtından əvvəl paltardəyişmə otağına göndərilib.

Braziliyalı artıq ikinci dəfədir belə səhvə yol verir. Odur ki, yeni baş məşqçi Kaxaber Sxadadze Lukasın böyük məbləğdə cərimələnməsinə dair raport təqdim edib.

Məhz «sambaçı»nın aldığı «qırmızı»dan sonra «Qəbələ» 2:0 hesablı üstünlüyünü qoruya bilməyib və uduzub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA