Müharibəyə görə ailəsindən narahat oldu, pulundan imtina etdi, ayrılıq sənədinə qol çəkdi

8 Mart 14:00 Qəbələ 796
Müharibəyə görə ailəsindən narahat oldu, pulundan imtina etdi, ayrılıq sənədinə qol çəkdi

“Qəbələ” Gilad Abramovla yollarını ayırıb.

Əyalət klubu dünən saytımızın yayığı xəbəri bu gün rəsmən açıqlayıb.

24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan burada çıxış edən legioner “qırmızı-qara” formada 23 matç keçirib.

İsrailli Premyer Liqada 19, Azərbaycan kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Yeni baş məşqçi Kaxaber Sxadadzenin planlarına daxil olmayan Gilad bu ayrılıqdan az pul qazanıb. Çünki onun klubla müqaviləsi gələn ilin yayında başa çatacaqdı və bir məbləğ qarşılığında vida sözləşməsinə imza atıb.

İsrailli legioner özü də burada qalmağa həvəs göstərməyib.

Funksionerlərlə söhbətində ailəsi üçün darıxdığını, «Həmas»la müharibə başlayandan bəri heç cür konsentrasiya ola bilmədiyini, bunun da oyununa mənfi təsir göstərdiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI