“O, üstümüzə qışqırırsa, deməli, bizdən gözlədiyini tam ala bilmir”

15 Mart 20:40 Qəbələ 598
“O, üstümüzə qışqırırsa, deməli, bizdən gözlədiyini tam ala bilmir”

2009-2015-ci illər aralığında Bakı “İnter”ini çalışdıran emosional Kaxaber Sxadadze köhnə vərdişlərini tərgitməyib.

Yenə 90 dəqiqə qışqırır, futbolçuları pultla idarə edirmiş kimi davranır, bəzən kobudluq etməkdən də çəkinmir.

Görəsən, “Qəbələ”nin oyunçuları gürcüstanlı yeni çalışdırıcının hərəkətlərinə necə yanaşır?

Onlardan fikrini soruşduğumuz fransalı vinger Bilel Auaşeriya deyir ki, o, bunu normal qarşılayır:

“Hər məşqçinin öz xarakteri var. Biri sakitdir, digəri çılğın.

O, üstümüzə qışqırırsa, deməli, bizdən gözlədiyini tam ala bilmir. Ya da meydanda onun qədər aqressiv olmağımızı istəyir.

Şəxsən mənə pis təsir etmir, normal yanaşıram. Peşəkarıqsa, hər bir vəziyyətə hazır olmalıyıq”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"