Azərbaycanda baş məşqçi və köməkçiləri klubdan belə yola salındı - VİDEO

1 Mart 11:20 Qəbələ 1 769
Azərbaycanda baş məşqçi və köməkçiləri klubdan belə yola salındı - VİDEO

Premyer Liqanın 24-cü turu daha bir baş məşqçinin ayrılığına səbəb oldu.

Elmar Baxşıyev «Qəbələ»dən getdi.

2019-cu ilin avqustundan «qırmızı-qaralar»ı çalışdıran mütəxəssis «Kəpəz»ə məğlubiyyətdən sonra postu ilə vidalaşdı.

Turnir cədvəlində ondan bir üst sırada yer alan Gəncə təmsilçisinə 1:2 hesablı yenilgi «limiti tükətdi». «Qəbələ»ni axırıncı pillədə təhvil verən Baxşıyevin istefa verməkdən savayı əlacı qalmadı.

Onunla yanaşı, iki köməkçisi də əyalət klubu ilə sağollaşdı. Rasim Ramaldanov və Xaqani Məmmədov Baxşıyevlə yol yoldaşı oldu.

Həmin görüntülər artıq yayılıb. Kadrlarda məşqçi triosunun «Qəbələ»nin bazasında keçirdikləri son dəqiqələr öz əksini tapır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti