COP29

“Neçənci pillədə olmağımızın önəmi yoxdur” - Bunu “Qəbələ”dən deyirlər

6 May 17:20 Qəbələ 1 031
“Neçənci pillədə olmağımızın önəmi yoxdur” - Bunu “Qəbələ”dən deyirlər

“Qəbələ” Premyer Liqanı sonuncu pillədə başa vuracağı ötən həftə dəqiqləşdi.

Bundan sonrakı 4 oyunu qalib başa vursalar da, xeyri yoxdur. Ən yaxın izləyicisi “Kəpəz”lə aradakı xal fərqi 17-dir.

İndi əsas sual bölgə təmsilçisinin qarşıdakı oyunlara necə hazırlaşacağı, hansı motivasiya ilə çıxacağıdır. Heç bir hədəf qalmayıb çünki.

“Qəbələ”nin belçikalı yarımmüdafiəçisi Əyyub Allaş Sportinfo.az-a açıqlamasında “Səbail”, “Sabah”, “Araz-Naxçıvan” və “Sumqayıt”la oyunlarla bağlı düşüncələrini dilə gətirib:

“İndiyə qədər meydana çıxdığım matçlarda canımı qoymuşam. Komandamın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam.

Bundan sonra da bu şəkildə davam edəcəyəm. Peşəkar futbolçuyam, klubla müqaviləm var.

Sona qədər məşqlərdə və oyunlarda ən yaxşısını edəcəyəm. Neçənci pillədə olmağımızın önəmi yoxdur. Meydana ayaq basanda yalnız və yalnız qələbə qazanmağı düşünürəm”.

2023-cü ilin yanvarından “qırmızı-qaralar”ın uğurları üçün tər tökən 26 yaşlı yarımmüdafiəçi bu müddətdə meydana çıxdığı 52 oyunda 7 qol, 9 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq