Azərbaycan klubunun çalışdırıcısı təcili Batumiyə uçdu, Fiquyla görüşdü - VİDEO+FOTOLAR

16 Mart 17:40 Qəbələ 2 096
Azərbaycan klubunun çalışdırıcısı təcili Batumiyə uçdu, Fiquyla görüşdü - VİDEO+FOTOLAR

Gürcüstanda futbol şousu təşkil olunub.

Milan “İnter”inin ulduzları ilə Gürcüstan futbolunun əfsanələri qarşılaşıb.

Şota və Arçil Arveladze qardaşlarının təşəbbüsü ilə baş tutan şou xarakterli yoldaşlıq görüşü Batumidə gerçəkləşib və 20 min azarkeş izləyib.

“Əfsanələrin oyunu”nda “İnter”in sabiqlərindən Luiş Fiqu, İvan Kordoba, Maykon, Uesli Sneyder, Qoran Pandev, Dieqo Milito, Xavyer Zanetti kimi dünya futbolunun məşhur simaları iştirak edib.

Gürcüstan millisinin sabiq üzvlərindən təşkil olunmuş komandadakı adlar da diqqət çəkib: Nukri Revişvili, Kaxa Kaladze, Levan Kobiaşvili, Aleksandr İaşvili, Zurab Xizanişvili, Temuri Ketsbaya, Georgi Kinkladze, Aleksandr Kobaxidze, Georgi Novalovski, Şota Arveladze və Kaxaber Tsxadadze.

Sonuncu ad sizi çaşdıra bilər. Düşünərsiniz ki, “Qəbələ”nin baş məşqçisi olan və martın 9-da komandasını “Sabah”la oyuna çıxaran Tsxadadzenin martın 7-də Batumidə nə işi var idi?

Şota Arveladzedən dəvət alanlardan biri də məhz azərbaycanlı futbolsevərlərin yaxından tanıdığı Kaxaber Tsxadadze olub. Hazırda ölkəmizdə çalışan mütəxəssis bu matç üçün iki günlük Gürcüstana səfər edib.

Oyun “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Gürcülər 2 qol vursalar da, yerli hakimlər ofsayd qərarı ilə qolların heç birini hesaba almayıb.

Maraq üçün bildirək ki, Tsxadadze futbolçu olduğu dönəmdə Moskva təmsilçiləri “Spartak”la “Dinamo” , “Ayntraxt Frankfurt”, “Mançester Siti” kimi komandaların şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"