Özlərindən çıxdılar, baş məşqçi reaksiya vermədi - VİDEO

29 Avqust 21:20 Qəbələ 25
Özlərindən çıxdılar, baş məşqçi reaksiya vermədi - VİDEO

“Qəbələ” növbəti oyunu da məğlubiyyətlə başa vurdu.

Açılış turunda qərb səfərində “Turan Tovuz”a 0:1 hesabı ilə boyun əyən “qırmızı-qaralar” bu dəfə eyni hesabla debütant “Şəfa”ya uduzdu.

Həm də öz meydanında, doğma azarkeşlərinin gözləri qarşısında.

Təbii ki, yerli futbolsevərlər nəticədən məmnun qala bilməzdi. Qalmadılar da.

Əsəbdən özlərinə yer tapmayan fanatlar oyun başa çatandan sonra baş məşqçi Kaxaber Tsxadadzenin paltardəyişmə otağına getməsini gözlədilər.

Gürcü çalışdırıcı tribunanın önündə keçəndə bir qrup qəbələli azarkeş Tsxadadzeni istefaya səslədi.

Maraqlıdır ki, əvvəlki dönəmlərdən fərqli olaraq Kaxa bu dəfə onlara reaksiya vermədi. Başını aşağı salıb yoluna davam etdi.

Həmin anın görüntülərini təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM