Bu gün Misli Premyer Liqasında 3-tura start veriləcək.
“Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək.
İki turdan sonra xala və qola həsrət olan “qırmızı-qaralar” turnir cədvəlində 11-ci, “Şamaxı” isə 1 xalla 7-cidir.
Bu matçda meydana çıxacaq yerli futbolçular xüsusi diqqət mərkəzində olacaq.
Belə ki, millinin baş məşqçisi Ayxan Abbasov hər iki komandanın heyətində yer alan oyunçuları izləmək üçün Bakıdan Qəbələyə getməyi lazım bilib.
Güman ki, onlardan bir, yaxud bir neçə nəfəri sentyabrda start götürəcək UEFA Millətlər Liqasının oyunlarına dəvət etmək fikri var.
SPORTİNFO.AZ
