Kaxaber Tsxadadzeyə "Qəbələ"də son şans verilib.
Artıq 4-cü mövsümdür bölgə klubunda olan gürcüstanlı mütəxəssis ümidləri doğrultmur.
Ötən mövsüm son anda - pley-off oynamaqla liqada qalan "Qəbələ" yeni mövsümə də pis başlayıb.
Ardıcıl 2 oyunda 2 məğlubiyyət və komanda 1 qol belə vura bilməyib.
Xüsusilə göstərilən oyun rəhbərliyi narahat edir.
Qarşıdakı 3 tur Kaxaber Tsxadadzenin taleyini həll edəcək.
Rəqiblər kifayət qədər münasibdir.
"Şamaxı", "İmişli" və "Kəpəz" birbaşa rəqiblərdir.
"Qırmızı qaralar" bu matçlarda da uğurlu ola bilməsə baş məşqçi ilə yollar ayrılacaq.
Təzminat ödəmək bahasına olsa belə.
XANOĞLAN/ SPORTİNFO.AZ
