500 min manata satdılar, “Qarabağ”ın rəqibinə baxımlı qol vurdu - VİDEO

23:00 Qəbələ 101
500 min manata satdılar, “Qarabağ”ın rəqibinə baxımlı qol vurdu - VİDEO

“Qəbələ”dən ayrılan Prins Ovusu “Dunayska Streda”da qol hesabını açıb.

Bölgə təmsilçisinin Slovakiya klubuna 500 min manata satdığı 20 yaşlı futbolçu Konfrans Liqasının 3-cü mərhələsində fərqlənib.

Qanalı vinger “Tvente” ilə cavab qarşılaşmasının 63-cü dəqiqəsində Ammar Ramadanın əvəzinə meydana daxil olub.

Hesab 2:2 olarkən, Ovusu komandasının 3-cü qoluna imza ataraq komandasını hesabda önə keçirib. Di gəl, bu, qələbə üçün kifayət etməyib. “Tvente” bərabərlik topunu vurub, oyun heç-heçə başa çatıb – 3:3.

Enshede komandası ilk oyunda qazandığı 6:0 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksələrək Konfrans Liqasının pley-offunda “Qarabağ”a rəqib olub.

HƏBİB / SPORTİNFO.AZ

Sabiq “Qəbələ”linin vurduğu baxımlı qolu təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti