Azəbaycan klubu təzminat ödədi, ondan kimlərə pay çatdı?

19 Avqust 01:00 Qəbələ 651
Azəbaycan klubu təzminat ödədi, ondan kimlərə pay çatdı?

“Qəbələ” Edson Eduardonun transferi üçün İslandiyadan “Vestri”yə təzminat ödəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı mərkəz müdafiəçisinin “Vestri” ilə müqaviləsi qüvvədə olduğundan, “qırmızı-qaralar” qarşı tərəfə ödəniş edib (məbləğ açıqlanmır – red.).

Məlumatda o da qeyd olunub ki, həmin təzminat məbləğinin kiçik bir hissəsi oyunçunun yetirməsi olduğu “Vitoriya”ya çatacaq.

Belə ki, Edson 2018-2022-ci illərdə “Vitoriya”nın müxtəlif yaş qruplarında çıxış edib. O, klubun U-17, U-20 və U-23 komandalarında forma geyinib.

Edson Eduardo “Qəbələ” ilə 3 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!