"Qəbələ" ilə “qaçdı-tutdu” oynadı, keçmiş klubuna döndü

11 İyul 01:20 Qəbələ 503
"Qəbələ" ilə “qaçdı-tutdu” oynadı, keçmiş klubuna döndü

Bir neçə gün əvvəl “Qəbələ”ni tərk edən Seydina Keytanın yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi daha əvvəl də çıxış etdiyi "Panevejis”ə qayıdıb.

Litva klubunun mətbuat xidməti seneqallı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Keyta 2022-2023 mövsümündə və 2025-ci ildə də bu klubun formasını geyinib.

Seydina Keyta iyunun 21-də “Qəbələ” ilə yeni müqavilə imzalasa da, sonradan şəxsi problemlərə görə klubdan ayrılmaq istədiyini bildirib. Nəticədə futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Keyta bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!