Növbəti mövsüm Misli Premyer Liqasında iştirak edəcək son komandanın adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Sumqayıtda keçirilən pley-off matçında “Mingəçevir”ə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” qarşıdakı ildə də əsas çempionatda mübarizə aparacaq.
“Qrırmızı-qaralar” görüşdən sonra sevincini öz azarkeşləri ilə bölüşüb.

