2026/27 mövsümü Misli Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, pley-off oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gəlib.
Matç Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ" Misli Premyer Liqasının başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb.
Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunan matçda VAR sistemi də tətbiq edilib.
"Qəbələ" - "Mingəçevir" 2:0

