Azərbaycan Premyer Liqasının XXVII turunda “Qəbələ” və “İmişli” komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Dieqo Rollo vurub.
Bu nəticədən sonra Jorj Kaşkilyanın komandası 26 xalla turnir cədvəlinin 9-cu, Kaxaber Tsxadadzenin kollektivi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.
"Qəbələ" - "İmişli" 0:1
Qəbələ şəhər stadionu, 200 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Tərlan Talıbzadə
Dördüncü hakim: İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: İsaak Amoah, 22 (qeyri-idman hərəkəti) // Dioqo Kardozu, 69 (qeyriidman hərəkəti); Ezekiel Morqan, 89 (qeyri-idman hərəkəti)
Qol: Dioqo Rollo, 45
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
(10. Şahin Şahniyarov, 46)
66. Nuğay Rəşidov
(12. İbrahim Sanqare, 67)
27. Eşqin Əhmədov
24. İsmael Akinade
33. Seydina Keyta
(13. Nicat Əliyev, 82)
50. Adriel Ba Loua
3. Eduardo Kunde
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
Baş məşqçi: Kaxaber Tsxadadze
“İmişli”
1. Hüseynəli Quliyev
19. Azər Salahlı (k)
5. İdris İnqilablı
(6. Yau Mozes, 73)
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
(97. Xəzər Mahmudov, 83)
29. Edvin Banquera
14. Ronaldo de Souza
23. Dioqo Rollo
79. Dioqo Kardozu
(21. Abbas Ağazadə, 90+4)
17. Ezekiel Morqan
7. Luis Silvestr
(70. Mehdi Tahirov, 90+4)
Ehtiyat oyunçular:
99. İmam Əli
90. Riad Abbaszadə
44. Həzrət İsayev
11. Vüsal Qənbərov
20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya

