«Qəbələ»nin yeni baş məşqçisi əcnəbi olmayacaq.
«Qırmızı-qaralar» Kaxaber Sxadadzedən sonra sükanı yerli məşqçiyə tapşıracaq.
Əldə etdiyimiz məlumata görə, ölkə kubokunun ikiqat sahbinın namizədlər siyahısında hazırda 3 namizəd yer alır.
Onlardan ikisinin adını öyrənə bilmişik.
Maraqlıdır ki, hər iki çalışdırıcı «Qəbələ» camiəsinə tanış simadır.
Elmar Baxşıyev illərboyu bu komandanın başında dayanıbsa, Cavid Hüseynov bir neçə il qırmızı-qara formanı geyinib.
«Qəbələ» rəhbərliyi Sxadadzedən çox narazıdır. Hər halda gürcüstanlı 2024-cü ilin martından bəri işlədiyi camiəni sevindirə bilmir, onu məyus edir.
Premyer Liqanın arxada qalan həftələrində cəmi 16 xal toplayan kollektiv turnir cədvəlinin 11-ci pilləsində yerləşib. Bu isə onlar üçün çox üzücü mənzərədir.
Çünki «Qəbələ» ən azından 7-8-ci yerlərdən birini tutmaq iddiasıyla ötən ilin yayında elitaya qayıtmışdı.
SPORTİNFO.AZ

