“Neftçi”ni udmaq istəyiriksə...” – Braziliyalı komanda yoldaşlarına yol göstərdi

14 Mart 23:00 Qəbələ 143
“Neftçi”ni udmaq istəyiriksə...” – Braziliyalı komanda yoldaşlarına yol göstərdi

“Çempionatda zəif rəqib yoxdur. Hər birinin özünə görə üstün tərəfləri var. O cümlədən “Neftçi”nin”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Eduardo Kunde deyib.

Premyer Liqanın 23-cü turunda “Sabah”a 1:7 hesabı ilə məğlub olan bölgə təmsilçisi növbəti sınaq qarşısındadır.

Sıx qrafikdə oynayan “qırmızı-qaralar” öz meydanında, doğma azarkeşlərinin qarşısında “Neftçi”ni qəbul edəcək.

Braziliyalı müdafiəçi bu matçda 8 oyunluq qələbəsizlik seriyasına son qoyacaqlarına inamını gizlətməyib:

“Sabah”dan ağır məğlubiyyət aldıq. Bu, hər komandanın başına gələ biləcək işdir. Ona görə də neqativdən çıxmalı, matça yüksək əhval-ruhiyyədə hazırlaşmalıyıq.

Komandamızın gücünə inanıram. Hətta məğlub olduğumuz bir çox matçlarda belə, xoş təsir bağışlamışıq.

“Sabah”la sonuncu qarşılaşmanı çıxsaq, digər oyunlarda rəqiblərdən geri qalmamışıq. Hətta bəzən üstün görünmüşük.

“Neftçi”ni udmaq istəyiriksə, ilk dəqiqədən son saniyəyə qədər pressinq etməli, mübarizə aparmalı, xarakter göstərməliyik.

Müdafiədə səhv etməməli, hücumda qol şanslarından maksimum yararlanmalıyıq.

Qalibiyyətsiz matçlara son deməyin vaxtı çatıb. “Neftçi”ylə görüşə qələbə üçün çıxacağıq və bunu bacaracağımıza inanıram”.

Martın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti