Klub prezidenti səbrlidir, amma... O, “istefaya göndərildin” xəbərini almağa hazır olsun!

19:00 Qəbələ 129
Klub prezidenti səbrlidir, amma... O, “istefaya göndərildin” xəbərini almağa hazır olsun!

Ölkə kubokunda 120 dəqiqə "Sabah"a çətin anlar yaşadan "Qəbələ" sonrakı 5 gündə özünə gələ bilmədi.

Nəticədə bu dəfə rəqibi önündə rəzil oldu. Qəbələdən fərqli sanki Bakıda meydana başqa komanda çıxmışdı.

Hər hücum qolla tamamlanırdı. Nə mübarizə gördük, nə də istək.

"Qırmızı qaralar" başını itirmişdi.

Əminəm ki, hər kəs oyunun tez bitməsini dua edirdi.

Yaxşı oyuna görə bu mövsüm Kaxaber Tsxadadzeni az tərifləməmişik.

Bu cür məğlubiyyətin də günahkarı məhz odur.

Məncə, 1:7 hesablı ağır məğlubiyyətdən sonra Kaxaber Tsxadadze utanmalı, üzr istəməli, hətta istefa verməli idi.

Lakin gürcüstanlı mütəxəssis azarkeşlərə barmaq silkələməklə yadda qaldı.

Artıq bu hal mövsümdə ikinci dəfə yaşanır.

Klub prezidenti Fariz Nəcəfov səbrli adamdır, amma bir yerə qədər.

Ərköyün gürcü bu cür davranışları ilə çox uzağa gedə bilməz.

Rəhbər şəxs gec ya tez bir gün mütləq qapını ona göstərəcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti