“Qəbələ” çöküşdə - VİDEO

00:40 Qəbələ 97
“Qəbələ” çöküşdə - VİDEO

Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" doğma məkanda "Karvan-Yevlax"la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Seydina Keyta 37-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. Qonaqlar 7 xalla sonuncu - 12-ci sıradadır.

"Qəbələ" - "Karvan-Yevlax" 1:1

Qəbələ şəhər stadionu, 150 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Mirnihad Seyidov
Dördüncü hakim: Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Pedro Mateuş, 35 (qeyri-idman hərəkəti); Tompson Qavi, 45 (qeyriidman hərəkəti); Emin Rüstəmov, 45+1 (qeyri-idman hərəkəti)
Qollar: Seydina Keyta, 36 (p.) // İmani Barker, 26
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
7. Turan Manafov
(66. Nuğay Rəşidov, 89)
27. Eşqin Əhmədov
(13. Nicat Əliyev, 89)
33. Seydina Keyta
50. Adriel Ba Loua
(10. Şahin Şahniyarov, 67)
6. Xayme Syerra
8. Sambu Sissoko
(24. İsmael Akinade, 34)
16. İsaak Amoah
14. Domi Massumo
(12. İbrahim Sanqare, 89)
30. Prins Ovusu
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
3. Eduardo Kunde
70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze

“Karvan-Yevlax”
99. Pedro Mateuş
32. Elvin Yunuszadə (k)
6. Vadim Abdullayev
16. Rauf Rüstəmli
(42. İbrahim Qədirzadə, 90+2)
5. Emin Rüstəmov
20. Coy Sleyd Mikels
(17. Samir Abdullayev, 90+2)
2. Şakil Sno
(13. Vüsal Məsimov, 90+2)
11. Kayl Spens
(8. Peter Kings, 86)
37. Mois Nqvisani
19. Tompson Qavi
(14. Uğur Cahangirov, 75)
21. İmani Barker
Ehtiyat oyunçular:
1. Kamran İbrahimov
25. Əmrah Bulud
33. Eltun Turabov
4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Fevral 18:10 Çək və bizə göndər!