Əcnəbi məşqçinin diqqətinə - Bu cür istedad ehtiyatda qalmalı deyil!

20:40 Qəbələ 194
Əcnəbi məşqçinin diqqətinə - Bu cür istedad ehtiyatda qalmalı deyil!

2026-cı ilə fantastik start verən "Qəbələ" son 4 görüşdə özünə bənzəmir.

"Qırmızı qaralar" 12 mümkün xaldan birini qazana bilib.

Aktivində bir qol belə yoxdur.

Təbii ki, səbəbləri barədə baş məşqçi Kaxaber Tsxadadze baş sındırmalı ilk adamdır.

Kənardan diqqət çəkən məqamlardan isə birincisi Şahin Şahniyarovun yoxluğudur.

Daha dəqiqə ehtiyata göndərilməsi.

Bölgə klubu normal hücumlara çıxır, amma son ötürmələrdə axsayır.

Nə Sissoko, nə də Syerra bu işin öhdəsindən lazımınca gələ bilmir.

Niyəsə gürcüstanlı mütəxəssis belə məqamda gənc oyunçunu daha çox yanında əyləşdirir.

Ya əsas heyətdə meydana buraxmır, ya da erkən əvəzləyir.

Halbuki mövsümün birinci yarısı Şahin "Qəbələ"nin dəyişilməz əsas heyət üzvü idi.

Birinci və üçüncü zona arasında bağlantını kifayət qədər uğurlu icra edirdi.

Meydanı yaxşı görmə qabiliyyəti olan "10 nömrə" oyunu müxtəlif zonalara yaymaq, üzərinə götürmək bacarığına sahibdir.

Hə, tək Şahinlə irəlidəki bütün problemlər öz həllini tapmayacaq.

Amma Kaxaberin ona mövsümün birinci yarısındakı qədər güvənməsinin yalnız fayda verəcəyi dəqiqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti