“Neftçi”yə 0:1-dən sonar: “Həmişə qazanmaq mümkün deyil, bəzən belə də olur”

13 Fevral 23:00 Qəbələ 131
“Neftçi”yə 0:1-dən sonar: “Həmişə qazanmaq mümkün deyil, bəzən belə də olur”

“Qəbələ” yeni ildə ilk məğlubiyyətini aldı.

Buna qədər Premyer Liqada “Şamaxı”nı 4:0, “İmişli”ni 3:2 hesabı ilə məğlub edib, Azərbaycan kubokunda “Sabah”la qolsuz bərabərə qalan bölgə təmsilçisi 19-cu turda “Neftçi”y boyun əydi – 0:1.

Gərgin keçən qarşılaşmanın ikinci yarısında meydana daxil olan Eduardo Kunde matçdan sonra Sportinfo.az-a danışıb.

27 yaşlı braziliyalı müdafiəçi məğlubiyyətə layiq olmadıqlarını deyib:

“Nəticədən məyusuq. İlk hissəni zəif keçirsək də, fasilədən sonra müəyyən dəyişikliklər hesabına əla performans göstərdik.

Hətta bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olduq. Sadəcə, imkanları dəyərləndirə bilmədik.

Bununla yanaşı, rəqib aşkar qol imkanı vermədik. 1 xala layiq olduğumuzu düşünürəm.

Bütün oyunlarda qələbə qazanmaq mümkün deyil. Bəzən belə də olur. Nəticə çıxarmalıyıq”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!
13 Fevral 01:50 "Neftçi"ni dirildən adam