"Qəbələ" 2026-cı ilin beşinci transfer əməliyyatını yekunlaşdırıb.
"Qırmızı-qaralar"ın daha öncə seneqallı müdafiəçi
Seydina Keyta “Panevejis” (Litva) və nigeriyalı hücumçu İsmaheel Akinade (“Andijon”, Özbəkistan) ilə birbaşa müqavilə imzaladığını xatırladaq.
Həmçinin Rza Cəfərov "Neftçi"dən, Turan Manafov "Stellenboş"dan (CAR) 5 aylıq icarəyə götürülüb.
Ən axırda komandaya qoşulan isə Sambu Sissokodur. Əyalət təmsilçisi dayaq yarımmüdafiəçisini "Valensiyen"dən heyətinə qatıb.
26 yaşlı fransalı mövsümün sonuna qədər icarəyə götürülüb.
O, vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib. Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.
Qeyri-rəsmi miəlumata görə, “Qəbələ“ Sissokoya hər ay 10000 dollar əməkhaqqı ödəyəcək.
Komanda elitada yerini qoruyarsa, ona bonus olaraq 10 min dollar verilməsi deyilir.
SPORTİNFO.AZ


