“Mən bunu Azərbaycanda etməyi bacaran 50-ci legionerəm”

03:10 Qəbələ 79
“Mən bunu Azərbaycanda etməyi bacaran 50-ci legionerəm”

Qəbələ"nin legioneri Domi Massumo vurduğu qolların sayına önəm vermir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında bölgə təmsilçisinin yarımmüdafiəçisi deyib.

O, Misli Premyer Liqasının XVIII turunda, "İmişli"yə qarşı matçda (3:2) het-trikə imza atması barədə danışıb:

"Mənim işim qol vurmaqdır. Çalışıram ki, əlimdən gələni edim və komandama faydam toxunsun.

Vurduğum qolların sayına xüsusi önəm vermirəm. Lakin istənilən halda het-trik etmək çox xoş hisdir.

Üstəlik, bunu Azərbaycan çempionatında etməyi bacaran 50-ci legioner futbolçuyam".

Domi Massumo oyundan əvvəl klubun əməkdaşının ona 2 qol vuracağını deyib:

"Komandamızın əməkdaşlarından biri matçdan əvvəl söylədi ki, "Domi, sən bu görüşdə 2 qol vuracaqsan".

Lakin iş elə gətirdi ki, 2 yox, 3 qol vurdum. Özümə arzum budur ki, görəcəyim faydalı işlərlə "Qəbələ"nin qələbələrində pay sahibi olum".

Domi Massumo Azərbaycan çempionatları tarixində milliləşənlər də daxil olmaqla het-trik edən 50-ci legioner futbolçu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 18:10 Çək və bizə göndər!