Azərbaycanın iddialı klubu yeni hücumçunu sıralarına qatdı - SON DƏQİQƏ

21:00 Qəbələ 868
Azərbaycanın iddialı klubu yeni hücumçunu sıralarına qatdı - SON DƏQİQƏ

18 turdan sonra Premyer Liqada turnir cədvəlinə başçılıq edən «Sabah» «transfer pəncərəsi»nin bağlanmasına az qalmış növbəti oyunçu ilə anlaşıb.

Orpé Mbina artıq Masazır təmsilçisinin yeni simasıdır.

O, qabonludur və 25 yaşı var. 2023-cü ildən etibarən ölkəsinin əsas millisinə dəvət alan forvard hazırda Bakıdadır.

1.78 sm boya malik ön xətt oyunçusu müqavilə ilə «Maribor»a məxsusdur.

2024-cü ildən Sloveniya klubuna aid olan Mbina son 1 ili Portuqaliyada keçirib, «União de Leyria»nın formasını geyinib.

Futbolda ilk addımlarını yerli «Stade Mandji»də atan hücumçu 2019-cu ildə Fransaya yollanıb, «US Kolomyers II» ilə münasibətlərini rəsmiləşdirib.

Növbəti illərdə «Bézyers», «Qoenobl», «Beauvays», «Kamalyères» və «Nîmes»in uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti