“Sabah” tənbəllik etmədi, bir güllə ilə iki “quş” vurdu

01:10 Qəbələ 89
“Sabah” tənbəllik etmədi, bir güllə ilə iki “quş” vurdu

“Sabah” Misli Premyer Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə görüşündə gerçəkləşib.

Bunadək “İmişli” (3:0), “Neftçi” (2:0), “Turan Tovuz” (3:1), “Qarabağ” (2:1), “Sumqayıt” (3:1) və “Karvan-Yevlax” (4:1) üzərində qələbə qazanan paytaxt təmsilçisi bu dəfə 3:1 hesabına sevinib. Bu, klub tarixinin rekordunun təkrarıdır.

“Sabah” Premyer Liqada ən uzun qələbə seriyasına 2022-ci ildə imza atmışdı. Həmin vaxt da komanda ardıcıl 7 dəfə qalib gəlib.

2022/23 mövsümünün ilk yarısındakı seriya dövründə 17 qol vuran paytaxt klubu 4 top buraxıb. Bu dəfə isə top fərqi 20-5-dir.

“Sabah” həm də ardıcıl 3-cü matçda 3 və ya daha çox qol vurub. Bu da klubun Premyer Liqadakı rekordunun təkrarıdır.

Masazır təmsilçisi 2021/22 mövsümünün ilk yarısında “Sumqayıt” (3:0), “Qəbələ” (3:1) və “Zirə” (3:3) ilə qarşılaşmalarda məhsuldarlıq göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!