“Qəbələ”nin qapıçısı Səlahət Ağayev uğursuz seriyaya son qoyub.
Sportinfo.az xəbər verir ki, millimizin sabiq qolkiperi Misli Premyer Liqasında 10 oyundan sonra, nəhayət ki, qapısından qol buraxmayıb.
Ağayev bunu 17-ci turda “Şamaxı” ilə səfər görüşündə reallaşdırıb. Onun formasını geyindiyi “Qəbələ” 4:0 hesablı qələbə qazanıb.
35 yaşlı qapıçı buna qədər sonuncu dəfə 5-ci turda “Kəpəz”lə keçirilən ev oyununu quru hesabla (3:0) tamamlamağı bacarmışdı.
Maraqlıdır ki, Ağayev həm ondan əvvəlki, həm də sonrakı bütün qarşılaşmalarda rəqiblər tərəfindən məyus edilmişdi. “Qəbələ”nin bütün matçlarını əvəz edilmədən keçirən təcrübəli qapıçı 16 oyunda ümumilikdə 21 top buraxıb.
“Qırmızı-qaralar” ümumi turnir cədvəlində 11-ci pillədə qərarlaşsa da, çempionatda ən az qol buraxan 6-cı komandadır.
Səlahət Ağayev 2024-cü ildən “Qəbələ”nin şərəfini qoruyur.

