Yayda onun satışından böyük pullar qazanacaqlar

14:00 Qəbələ 367
Yayda onun satışından böyük pullar qazanacaqlar

«Qəbələ» üçün 2026-cı il əla başlayıb.

İki tura iki qələbə Premyer Liqada qalmaq məqsədi olan komandadan ötrü əla startdır.

Biz uzağa getmədən iki konkret amil üzərində dayanmalıyıq.

Birincisi:

Kaxaber Sxadadzenin texniki zonada olmaması. Bu, çox önəmli hadisədir.

Baş məşqçinin AFFA tərəfindən cəzalandırılması onlara uğur gətirib.

Əlbəttə, biz yenə hansısa təsadüfdən söz aça bilmərik. Futbolçunun indi başı dincdir,

Kaxanın bağırtısından ta qulağı tutulmur. Hər epizoda sərt reaksiya verən, bəzən söyüşə keçən gürcünün tribunaya göndərilməsi komandanın hər bir üzvünün eynini açıb.

«Qəbələ» rəhbərliyi AFFA-ya gedib, Kaxaya cəza kəsən səlahiyyətli şəxslərin əlini sıxmalı, dərin minnətdarlıq etməli, təşəkkürünü nümayişkaranə şəkildə bildirməlidir.

İntizam Komitəsində yer alanlar «Qəbələ»yə həqiqətən böyük yaxşılıq etmiş oldu bu qərarla.

İkincisi:

Kaxanın texniki zonadan uzaş düşməsindən sonra futbol ilahəsi də komandanın üzünə gülməyə başlayıb. Bəxt mövsümün ilk hissəsində «Qəbələ»dən necə üz döndərmişdisə, indi vəziyyət 180 dərəcə fərqlidir.

Artıq Domi Massumo da həminki hücumçu deyil, yaxşılığa doğru çox dəyişib. Konqo Respublikasından olan 22 yaşlı Domi «İmişli»yə vurduğu 3 qolla mövsümün tapıntıları sırasında özünə möhkəm yer etdi.

Çətin vəziyyətlərdə düzgün qərar verməklə bir-birindən baxımlı qollara imza atdı. Bir-iki ay da belə oynasa, «Qəbələ» yayda onun satışından böyük pullar qazanacaq.

Müştəriləri elçi daşının üstündə əyləşib, bir-birlərinin başını yaracaq.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!