“Qəbələ” Turan Manafovu sıralarına cəlb edib.
Bölgə təmsilçisi Cənubi Afrika Respublikasında (CAR) - “Stellenboş”da çıxış edən cinah müdafiəçisini cari mövsümün sonuna kimi icarəyə götürüb.
27 yaşlı oyuncu 4 aylıq müqavilə imzalayıb. O, bununla “qırmızı-qaralar“ın ən bahalı yerli futbolçusu olub.
Premyer Liqada qalmaq məqsədi güdən əyalət təmsilçisi Turana 8000 dollar əməkhaqqı ödəyəcək.
Turanın 5 aydan sonra vətənə qayıtması birmənalı qarşılanmır.
Çünki Afrikada qazandığı maaş Azərbaycanda yayda ona təklif olunan məvacibdən 4-5 dəfə çox idi. Üstəlik, “Stellenboş”da kifayət qədər şans qazanırdı.
Bəs qəfil dönüşün səbəbi nədir? Səbəb Aftikada vergi xərclərinin çox olmasıdır.
Futbolçulara verilən aylıq əməkhaqqının təxminən 40 faizi vergiyə tutulur. Belə olduğu halda futbolçunun büdcəsinə daxil olan məbləğ xeyli azalır.
Üstəlik, digər xərclər də mövcuddur.
“Qəbələ”nin maliyyə təklifi Turanı razı salıb. Götür-qoy edəndən sonra anlayıb ki, vətəndə aşağı-yuxarı eyni məbləği təklif edirlərsə, xaricə getməyin nə mənası var?
Manafov maya qədər Kaxaber Tsxadadzenin sərəncamında olacaq. Komanda elitadakı yerini qoruya bilsə, o da öz növbəsində gürcü çalışdırıcının
etimadını qazansa, səbəbkar yayda “Qəbələ”nin tamhüquqlu üzvünə çevrilə bilər.
Turan Manafov “Stellenboş”un heyətində 10 oyunda 802 dəqiqə meydanda olub.
SPORTİNFO,AZ


