“Yeni transferlərin hər ikisinə start heyətində yer vermişdim.
Ümidimi artıqlaması ilə doğrultdular”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “qırmızı-qaralar“ 2026-cı ilə 3 xalla başladı.
“Şamaxı“nın qonağı olan komanda 4 cavabsız qolla məqsədinə çatdı. Seneqallı müdafiəçi Seydina Keyta və nigeriyalı hücumçu İsmael Akinade bu səfərdə debüt etdi.
Gürcü çalışdırıcını eşidək:
“Xüsusən Seydina Keytanı qeyd etməliyəm. Bildiyiniz kimi, Keyta mərkəz müdafiəçisidir.
Sonuncu dəfə nə vaxt dayaq yarımmüdafiəçisi kimi oynadığını özü də xatırlamır. Ancaq Xavyer Syerranın yoxluğunda ona şans verdik və gözlədiyimizdən də artığını etdi.
İsmael Akinadade də həmçinin. Qolunu vurdu, rəqibin hücumları zamanı isə müdafiədə bizə çox köməyi dəydi.
Debüt oyunu üçün hər ikisi mükəmməl təsir bağışladı“.

