2026-cı ilə qələbəylə başlayan komandaya bir belə pul çatdı

09:54 Qəbələ 340
2026-cı ilə qələbəylə başlayan komandaya bir belə pul çatdı

«Qəbələ» 2026-cı ilə 3 xalla başladı.

Premyer Liqanın 17-ci turuna Şamaxıda start verən «qırmızı-qaralar» səfərdən 4:0 hesablı qələbəylə döndü.

Qeydə alınan nəticə Kaxaber Sxadadzenin komandasını 11-ci pillədə möhkəmləndirdi.

Turnir cədvəlində tutduğu mövqeyə uyğun xal ehtiyatına malik əyalət təmsilçisi futbolçularına ödəmə edib. Əsas heyətdə meydana çıxanların hər biri 2000 manat mükafat alıb.

Ümumiyyətlə, “Qəbələ” rəhbərliyi komandanı Premyer Liqada saxlamaqdan ötrü hərəkətə keçib. Kisənin ağzını geniş açıblar.

“Qırmızı-qaralar“ mövsümün ikinci yarısında yaxşı pul qazana bilərlər. Onlar üçün artıq böyük stimul var - mükafat.

Əyalət təmsilçisi qarşıdakı çempionat oyunlarında qazanacağı hər qələbəyə görə iri məbləğdə «ənam» alacaq. Təklif olunan vəsait kifayət qədər ciddidir - 2000-4000 manat.

Rəqəmlər rəqiblərdən asılı olaraq dəyişəcək. İddialılarla qarşılaşmalara görə vəd edilən mükafatla digərləri bir tutulmayacaq.

Gürcüstanlı baş məşqçi rəhbərliyə söz verib ki, “Qəbələ“ni elitada saxlayacaq. Ona inanıblar. Mükafat fondunun artırılması da elə bunun təzahürüdür.

Güvən olmasa, bu jesti niyə etsinlər ki..?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!