“Qəbələ”nin mövsümün əvvəlində heyətinə qatdığı futbolçular arasında Jondo Fuxsu görmək olardı.
Kamerun əsilli fransalı yarımmüdafiəçinin keçidi böyük marağa səbəb olmuşdu.
Liqa-2-də mübarizə aparan “Soşo”nun, La Liqa təmsilçisi “Alaves”in, Şotlandiyanın köklü klublarından sayılan “Dandi Yunayted”in, İngiltərə Çempionşipinin təmsilçisi “Piterboro Yunayted”in şərəfini qorumuş futbolçu 2018-ci ildə Kamerunun əsas millisində 2 matçda meydana çıxmışdı.
Fuxsa böyük ümidlər bəslənsə də, “Qəbələ” formasıyla cəmi 3 oyunda 203 dəqiqə meydanda olandan sonra gözdən itdi.
Sonuncu dəfə noyabrın 7-də “Sumqayıt”la qarşılaşmada şams qazanan futbolçunun adı növbəti oyunların iştirak ərizəsinə salınmayıb.
Sən demə, bölgə təmsilçisi Jondonu çoxdan yola salıb.
Niyə?
Xroniki zədəyə görə.
Kamerun millisinin keçmiş üzvü Azərbaycana zədəsini sağaldaraq gəlibmiş. Bir neçə görüşdə meydana çıxandan sonra zədələnib və məlum olub ki, yaşıl meydanlara dönüşü uzun vaxt aparacaq.
Xroniki zədəsinin olduğunu bilib gizlədən 27 yaşlı legionerlə yollar ötən ilin sonunda qarşılıqlı razılıq əsasında ayrılıb.
HƏBİB / SPORTİNFO.AZ

